Birinci hissə:Xaricdə Təhsil Proqramının iqtisadi təhlili
İkinci hissə: Xaricdə təhsil proqramına alternativ
İkinci hissə: Xaricdə təhsil proqramına alternativ
Çoxları bu
yazını hər halda üçlükdə ən maraqsız olanı kimi görəcəklər. Əslində, əvvəlki
iki hissə ilə xaricdə təhsil mövzusunu bağlamağı düşünürdüm, lakin son yazından
sonra bir sıra maraqlı şərhlər aldım ki, onları burada bölüşməyi borc hesab
etdim. Əvvəlki yazılardan fərqli olaraq, bu hissədə konkret bir mesaj yoxdur və yazı daha çox bəzi nüansların aydınlaşdırılması xarakteri daşıyır. Fikirlərin bir
çox hissəsinin tam sahibi mən deyiləm, müzakirələrin üzərindən 1 aya yaxın vaxt
keçdiyindən öz fikirlərimi və artıq beynimə oturmuş, lakin digərləri tərəfindən
təklif olunmuş fikirlərdən ayırmaq çətindir. Bununla belə, qeyd etmək istərdim
ki, aşağıdakı yazılarda fikirlərin çoxunun formalaşmasına Elçin Rəşidovun təsiri
olub və ya onun fikirləridir. (Kənan Kərimzadənin bloqunda bəzi müzakirələr
yerləşdirilib, maraqlı müzakirə və fikirlərin ilkin müəlliflərini oxumaqda maraqlı olanlar üçün)
Təhsili maliyyələşdirmək niyə dövlətin marağında
olmalıdır?
Bir çoxları “dövlət xaricdə təhsili maliyyəlişdirməlidir?” sualının cavabını sözsüz “hə” kimi qəbul etsə də, ilk növbədə “niyə?” hissəsi ilə başlamaq lazımdır. Çox liberal mövqeli oxucular xüsusilə dövlətin təhsili maliyyələşdirməsinin əleyhinə arqumentlər irəli sürə bilərlər. Bu səbəbdən, cavabı bəlkə də tam aydın görsənən sualı daha dərindən cavablandırmaq lazımdır.

Xaricdə təhsilin
maliyyələşdirilməsinin leyhinə ilk arqument istənilən ölkənin uzunmüddətli
inkişafının onun cəmiyyətinin təhsil səviyyəsi ilə birbaşa bağlı olmasıdır. Azərbaycanda
təhsilin aşağı səviyyəsi məlum faktdır, ona görə də, daha yüksək səviyyəli təhsil
təklif edən universitetlərdə təhsil almaq imkanının mövcudluğu ümumi təhsil səviyyəsinə
ciddi müsbət təsir göstərər. Burada əsas faktor odur ki, daha yüksək təhsildən
faydalanan təkcə bu təhsilin sahibi deyil, daha geniş cəmiyyətdir. Fəaliyyət
sahəsindən asılı olmayaraq, əmək qüvvəsinin daha məhsuldar olmasından ilk növbədə
onların çalışdığı təşkilatlar, daha geniş baxdıqda isə, ümumi iqtisadiyyat və cəmiyyət
bəhrələnir. Ayrı-ayrı fərdlərin təhsilindən gələn fayda tək onların özləri ilə
məhdudlaşmadığı üçün, təhsil imkanları yaratmaqla, dövlət ümumi cəmiyyətə fayda
verir.
İkinci vacib
sual, niyə dövlət maliyyələşdirməlidir. Kapital və əmək bazarları ideal fəaliyyət
göstərdiyi hallarda dövlətin müdaxiləsi lazımsız olur. Əgər hər bir kəs təhsili
üçün lazım olan maliyyə vəsaitini özü əldə edə bilirsə, dövlətin əlavə maliyyələşdirmə
təqdim etməsi sadəcə vergi ödəyicilərinin pulunun israfıdır. Azərbaycan şəraitində
isə, bu, mümkün deyil, belə ki:
1.
Bankların
təklif etdikləri kredit şərtləri çox əlverişsizdir (kredit müddəti, faiz və s.)
2.
Hətta
kredit şərtləri əlverişli olarsa belə, bazarda olan maaşlarla borcu tam məbləğdə
geri qaytarmaq qabiliyyətini sual altına almaq olar
Bu səbəbdən,
dövlətin müdaxilə edib bazardakı boşluğu doldurması vacibdir. Əvvəlki yazılarda
müzakirə etdiyim kimi, dövlətin bütün təhsil xərclərini tamamilə və indiki şərtlər
altında maliyyələşdirməsi effektiv deyil. Daha düzgün üsul güzəştli kreditlərin
təmin olunmasıdır. Buradan, ikinci sual yaranır:
Dövlətin verdiyi güzəştlərin məbləği necə müəyyən olunmalıdır?
Yuxarıdakı fikirləri hansı istiqamətdə qurduğumu hiss edən oxucu hər halda bu sualı da necə cavablandıracağımı təxmin edə bilər. Dövlətin güzəştli şərtlərlə kredit verməsinin bir səbəbi olmalıdır – bazar şərtləri altında mümkün olmayan təhsili mümkün etmək. Ona görə də, çox böyük güzəştin verilməsi oxşar olaraq vergi ödəyicilərinin pullarının israfı ilə nəticələnəcək. Digər tərəfdən, güzəşt məbləği çox kiçik olarsa, güzəşt proqramı optimal fəaliyyət göstərməyəcək.
Burada bir
nuansı qeyd etmək lazımdır. Mənim fikrimcə hər bir kəs təhsili bitirdikdən
sonra geri qayıdıb-qayıtmamaq seçimini etməkdə azad olmalıdır. Eyni zamanda,
qeyd etmək lazımdır ki, güzəştin verilməsinin əsas səbəbi odur ki, təhsil almış
şəxs yenidən ölkəyə qayıdacaq və onun təhsilindən daha geniş kütlə bəhrələnəcək.
Ölkəyə geri qayıtmayanların təhsilindən cəmiyyətə daha az fayda gəldiyindən,
onlardan təhsil haqqını güzəştlə deyil, bazar faizlərinə uyğun olaraq tələb etmək
daha məqsədəuyğun görsənir.
Güzəştlər necə bölüşdürülməlidir?
Əgər buraya kimi yazdıqlarımla oxucuların çoxları razılaşırdısa belə, bu hissə daha çox mübahisə mövzusudur. Rahatlıq üçün fikirləri əsas 2 hissəyə bölmək olar:
Sahələr üzrə
güzəştlərin bölüşdürülməsi
Bu fikri dəstəkləyənlərin əsas arqumenti odur ki, müxtəlif sahələr üzrə maaşlar da müxtəlif olaraq bölünüb. Ona görə də, yüksək gəlirli sahələrlə aşağı gəlirli sahələrə eyni qədər güzəşt vermək düzgün deyil. Həmçinin də, bəzi sahələrin cəmiyyət üçün faydası digərlərindən daha çoxdur və faydası çox olan sahələrə daha çox güzəşt verilməlidir. Mən bu arqumentlərlə bir neçə səbəbə görə razılaşmıram:

Gəlirlilik
adətən təhsil haqqında əks olunur. Daha çox gəlirli sahələrdə təhsil haqqı daha
yüksək, daha az gəlirli sahələrdə təhsil haqqı daha aşağıdır. Təhsil haqqı eyni
olsa idi, əvvəl göstərilən arqument ilə razılaşardım. İndiki halda isə, gəlirliliyə
görə güzəştin verilməsi ya ucuz təhsili daha da ucuz, ya da baha təhsili daha
da baha edəcək.
2.
Freakonomics
bloqunda bunu adətən “incentive problemi” kimi təsvir edirlər. Bəzən bir nəticəni
əldə etmək üçün hazırlanmış proqram tamamilə fərqli davranış üçün stimul olur.
Əgər sahələr üzrə güzəştlər fərqli bölüşərlərsə, ucuz təhsil axtarışında olan tələbələr
daha böyük güzəşt verilən sahədə oxumağa meylli olacaq, təhsildən sonra bu sahə
üzrə çalışmayacaqsa belə.
3.
Məsələnin
praktiki tərəfi. Sahələrin
faydalılığını müəyyən etmək böyük subyektivlik tələb edir və dövlət proqramının
indiki prioritet ixtisas seçiminə baxmaqla söyləmək olar ki, bu subyektivliyin
səhv qərarlar ilə nəticələnmək ehtimalı böyükdür. Həmçinin, təhsil almış gənclərin
böyük hissəsi özəl sektorda çalışacaqdır. Ona görə, əgər dövlət hansı sahəyə
daha çox güzəşt verəcəyini qərar verərsə, özəl sektor üçün bir növ planlama
aparmış olar ki, mən bunu yalnız lazımsız müdaxilə kimi görürəm. Özəl bazar özü
bunu tənzimləməkdə daha effektivdir.
Sabit güzəşt
Yuxarıdakı fikrin alternativi bütün sahələr üzrə eyni güzəşt dərəcəsini tətbiq etməkdir. Əvvəlki hissələri ilk növbədə bu fikri nəzərdə tutaraq yazdığım üçün, eyni arqumentləri təkrarlamaq istəmirəm. Qısa şəkildə ümumiləşdirmək olar ki, lazımlı sahələr daha gəlirli olmaqla onlarda oxumağa maraq yaradacaqlar və təhsil haqqı adətən gəlirlilik, faydalılıq (ikincini qismən) kimi faktorları özündə əks etdiridiyindən bütün sahələr üçün eyni güzəşt dərəcəsinin tətbiqi normal fəaliyyət göstərəcək.

İqtisadi-romantik
fikir
Bu təklifin praktiki reallaşdırılması sual altındadır, amma yenə də mənə çox maraqlı gəldiyindən bölüşmək istəyirəm. Ölkədə fəaliyyət göstərən şirkətlərin çoxunda ixtisaslı kadrlara kifayət qədər ciddi tələb var. Müşahidələrimə əsasən deyə bilərəm ki, şirkətlərin bir çoxu öz kadrlarının əmək bacarığını artırmaq üçün əlavə xərclərə hazırdırlar. Şirkətlərin əksəriyyətində mövcud olan treninq proqramları, SOCAR/BP kimi böyük şirkətlərin isə hətta gələcək işçilərini öz hesabına xaricdə təhsilə göndərməkləri buna nümunədir. Təxmin etmək olar ki, bir çox şirkət daha bacarıqlı işçi üçün müəyyən xərc çəkməyə hazırdır, lakin işçinin xaricdə təhsilini maliyyələşdirmək böyük vəsait tələb etdiyindən yalnız böyük şirkətlər hazırda bunu həyata keçirə bilir.

Tələbənin
xaricdə təhsilinin maliyyələşdirilməsi güzəştli/uzunmüddətli kredit vasitəsi ilə
həyata keçirildikdə isə, təhsil üçün çəkilən aylıq xərclər şirkətlərin çoxu
üçün cüzi məbləğ olur. Belə olan halda, hətta nisbətən kiçik şirkətlər belə
onlara lazım olan sahələrdə oxuyan tələbələri qismən və ya tam maliyyələşdirmək imkanı qazanır. Dövlətin bu sistemdə rolu şirkətləri bu imkanlar haqqında məlumatlandırmaq və bu imkanlardan bəhrələnməyə dəvət etməkdir. Gələcək kredit ödənişlərindən bir hissəsini ödəməyə razılığı elan etməklə, şirkətlər daha ucuz məsrəfə daha ixtisaslı kadr əldə etmək imkanı qazanırlar. Beləliklə, söyləmək olar ki, xaricdə təhsilin maliyyələşdirilməsi daha ucuz olduqda, bir çox şirkət gələcək işçilərinin kredit ödənişlərini qismən və ya tam ödəməyə razılıq verə bilər. Bu, hər iki tərəf üçün faydalı həlldir.
Əgər şirkətlərin təhsili maliyyələşdirməkdə maraqlı olması fikri doğru olarsa, dövlətin bu sistemdə rolunu qeyd etmək lazımdır. İlk olaraq, dövlət özəl bazarla aktiv dialoqlar aparmalı, onlara proqramın faydalarını izah etməli və təşkilatları iştiraka dəvət etməlidir. Digər tərəfdən, dövlət hər bir təşkilatda mövcud olan maliyyələşdirmə imkanları haqqında tələbələri məlumatlandırmalıdır. Xüsusilə ilkin illərdə dövlətin bu funksiyaları aktiv yerinə yetirməsi vacibdir. Güzəştlərin bir qrup insan tərəfindən müəyyən olunmasından fərqli olaraq, bu üsul effektiv həyata keçirildikdə, səhv stimul göndərilməsi ehtimalı daha azdır. Belə ki, şirkətlərin birbaşa mənfəət marağı olduqlarından, hər bir şirkət doğrudan da ona lazımlı sahələrdə oxuyan tələbələri maliyyələşdirməyə razılıq verər. Digər tərəfdən, şirkətlərə lazımlı sahələrdə oxumaq daha ucuz başa gəldiyindən, tələbələr bu sahələrdə oxumağa daha meylli olarlar və bununla da tələbələrin iqtisadiyyat üçün həqiqətən lazımlı sahələrdə oxumaqları təmin olunar..
Sadəcə bir fikir kimi maraqlı gəldiyi üçün bölüşsəm də, praktiki mümkünlüyü haqqında əmin deyiləm.