tag:blogger.com,1999:blog-781399455918776777.post6192613277919489455..comments2020-12-18T00:50:13.870+04:00Comments on Qarışıq Fikirlər: Xaricdə təhsil proqramına alternativ yanaşmaAnonymoushttp://www.blogger.com/profile/09571101087044445663noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-781399455918776777.post-11813062519981979042012-01-23T02:53:19.506+04:002012-01-23T02:53:19.506+04:00Salam Lalə,
Təşəkkürlər şərhinizə görə. Bakalavr t...Salam Lalə,
Təşəkkürlər şərhinizə görə. Bakalavr təhsilinə bu məbləğdə çəkilən xərcə oxşar fayda yaranacağına skeptik yanaşsam da, bu mövzudan uzaq durmaq istəyirəm.

Geri qayıdıb-qayıtmamaqla bağlı məncə düzgün təklif irəli sürülüb (facebook şərhlərinin birində). Təhsil səviyyəsindən asılı olmayaraq hər kəs geri qayıdıb-qayıtmamaq seçimini etməkdə azad olmalıdır. Bununla belə, əgər kimsə geri qayıtmamaq qərarı verərsə, həmin adam ona xərcləndiyi pulu bazarda olan faiz dərəcəsi ilə geri qaytarmalıdır. Geri qayıdanlara isə güzəşt tətbiq oluna bilər.Anonymoushttps://www.blogger.com/profile/09571101087044445663noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-38122127341325523822012-01-23T02:32:22.296+04:002012-01-23T02:32:22.296+04:00Salam,
Yaziya gore teshekkur, chunki bir telebe ki...Salam,
Yaziya gore teshekkur, chunki bir telebe kimi bu movzu meni de maraqlandirib hemishe.
Bundan onceki movzuya ele bu haqqda sherh yazmaq isteyirdim. Fikrimce, Azerbaycan uchun her bir sahe prioritetdi, chunki hansi sahede esasli kadrlar var ki, yalniz bir neche saheni prioritet kimi de gotururler.
Almaniyada Bafog adli teqaud var (elde etdiyim melumatlara esasen yazacam). Bu teqaud valideynlerinin iqtisadi durumu ashagi olan Almaniya vetendashlarina verilir. Sherti ise ondan ibaretdir ki, ishlediyi muddetde telebe teqaudun bir hissesini dovletin budcesine qaytarmalidi. Bele bir usul, shertleri adaptasiya etmekle, dogrudan da effektiv olar Bu halda, telebe hem azad sechim aparacaq, hem de shertleri nezere alaraq nece addim atacagini qerarlashdiracaq. Hal hazirda ise sirf hansisa saheler "prioritet" adlandirildigi uchun telebeler mehz hemin saheler uzre oxumaga mecburdular.
Eger proqram dogrudan da, Azerbaycana ixtisasli kadrlar yigmaq uchun nezerde tutulubsa shertlerine de ciddi riayet olunsun. Bildiyime gore, shertler beledir ki, eger telebe bakalavr oxumaga gonderilirse qayitmasa da mumkundur. Chunki o hele tam ixtisasli kadr sayilmir. Lakin magistr pillesi uzre tehsil alan telebe artiq ixtisasli kadr oldugu uchun Azerbaycana qayitmalidi (herchend olkeye qayidib 5 il ishlemek sherti de muemmalidi heleki). Ferz edek, telebe 3 il Ingilterenin her hansi bir universitetinde bakalavr tehsili alir, tehsile texminen 60-70min civarinda mebleg xerclensin, ancaq tam tehsil olmadigi uchun telebe qayitmasin. O zaman proqrama ayrilmish pullar nizamsiz shekilde xerclenmish kimi sayilir. Eger bilirsize, xahish edirem, bu meseleni aydinlashdirardiz.Lalehttps://www.blogger.com/profile/06126167761096574587noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-48717221160307443332012-01-22T22:44:03.951+04:002012-01-22T22:44:03.951+04:00Kiçik bir qeyd, adım NURəddindir, NÜRəddin yoxKiçik bir qeyd, adım NURəddindir, NÜRəddin yoxAnonymoushttps://www.blogger.com/profile/09571101087044445663noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-38638500018896270252012-01-22T22:41:04.225+04:002012-01-22T22:41:04.225+04:00Kənan, sən sağ ol şərhinə görə. Çalışacağam hər fi...Kənan, sən sağ ol şərhinə görə. Çalışacağam hər fikrini ayrıca cavablandırım

1. Azərbaycanda bank sisteminin bu problemi həll etmədiyi ilə razılaşıram, ona görə dövlətin kredit ayırması fikrinin tərəfdarıyam. Bu sistemi məncə bankların vasitəçiliyi olmadan da qurmaq olar, amma indi əsas müzakirə ideanın özüdür nəyinki onu necə reallaşıdracağımız.

Sənin facebook hesabıda Elchin m. şərhində bildirdiyi kimi, geri qayıdanlara güzəşt tətbiq oluna bilər. 5 il ölkəyə qayıtmaq şərtinə onsuz da nəzarət yoxdur.

2. Razıyam, müəyyən sahələrdə oxuyanların daha çox üstünlüyü olacaq. Qismən razılaşmıram, çünki uzunmüddətli və güzəştli ödənişləri nəzərə alsaq, istənilən sahədə fəaliyyət göstərən bacarıqlı insanın əmək haqqısı geri ödənişə bəs etməlidir.

Başqa tərəfdən baxanda, hətta təhsil xərclərini qarşılaya biləcək qədər "return" olmayan sahələr adətən yüksək bilik tələb etməyən və əlavə təhsili olmayan insanın da çalışa biləcəyi sahələrdir. Bu sahələrdə maraqlananların təhsil imkanını itirməsi "social cost" cəhətdən bəlkə də o qədər böyük deyil.

3. Tam başa düşmədiyim fikirdir, ona görə cavab da natamam ola bilər. İstənilən halda, xaricdə təhsilə maraq təbii surətdə artsa belə, həmin maraq geri ödəniş tələb olunmasa daha çox olar nəinki ödəniş tələb olunarsa. Basic economics, qiymət artdıqca həmişə tələb azalır. Nəzəri olaraq geri ödənişi elə həddə qaldırmaq olar ki, yenə də həmin şərtlərlə borc almağa eyni sayda adam razılaşsın. Praktiki tərəfini sual altına salmaq olar amma)

4. Pulların bölüşdürülməsinə gələrkən, məncə sən fikrimi tam anlamamısan. İndiki halda, Avropada istirahət üçün gedənlər də xərcləridə bir məsuliyyət daşımadıqları üçün, rahatlıqla istədikləri şəhərdə yerləşən təhsil haqqı yüksək universitetləri də seçirlər. Əgər geri ödəniş olarsa, bu növ insanlar ya seçimlərində daha ehtiyatlı olarlar çünki əlavə xərc artıq onlardan gedir, ya da istirahət pullarını sonradan geri qaytararlar ki, bu da daha ədalətlidir. Təxmin etmək olar çoxunun seçimi 1ci olacaq, bu da ki, digərləri üçün əlavə vəsait saxlamağa kömək edəcək.

Axırıncı fikir ilə razılaşmıram. Sadəcə onların təhsil haqqının bir hissəsinə daha çox güzəşt tətbiq oluna bilər ki, bitirdikdən sonra çətinlik olmasın geri qaytarmağa.Anonymoushttps://www.blogger.com/profile/09571101087044445663noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-61940726921848120242012-01-22T21:51:42.553+04:002012-01-22T21:51:42.553+04:00Kənan, çox ətraflı və maraqlı şərh yazmısan. Əksər...Kənan, çox ətraflı və maraqlı şərh yazmısan. Əksər hissəsi ilə razıyam. Nürəddinin buna cavabı mənə də maraqlıdır, amma dediklərinlə bağlı öz mövqeyimdən bəzi fikirlərimi paylaşmaq istəyirəm. Günün sonunda məqsəd hazırki sistemdən çox daha optimal olan bir system müəyyənləşdirməkdir. Təklif olunan alternative ideal olmaya bilər amma bəzi məqamları işləməklə onu ideala yaxınlaşdırmaq olar. Bu işdə də şərhlər və müzakirələr, başqa alternative təkliflərin rolu böyükdür.

1) Birincisi, güman edirəm ki, alternativ proqramda ölkəyə qayıtmaq və ya ixtisas seçimi kimi baryerlər aradan qaldırılır. Bu isə proqrama müraciət edənlərin sayını artırmağa imkan yaradır. Çünki, kredit almağa qərarı nazirlik deyil, universitetə qəbul olan tələbə verir. Kreditin bir hissəsinin qaytarılması şərti bir vacib məsələni müəyyən edir – yəni, bu şərt proqramda artıq istənilən tələbənin deyil, gələcəkdə təhsilindən iqtisadi səmərə götürə biləcək tələbələrin qalmasını təmin edir. Lakin kreditin qaytarılması əhəmiyyətli yük olmur – uzun müddətdə (10 il və ya daha çox) aşağı faizlə kredit iqtisadi səmərə əldə edəcək tələbənin aylıq məvacibinin çox kiçik hissəsinə çevrilir. Bu zaman şərt qoymaq lazımdır ki, kreditin ödənilməsi tələbənin iş tapdığı andan bir müddət sonra (məsələn, 1 il sonra) başlanır. Nəticədə həm tələbə qazanır (təhsil), həm dövlət (kredit), həm də cəmiyyət (yaranan məcmu iqtisadi səmərə əvvəlkindən daha çox olur)

2) Social sahələrə bazarda tələb varsa, bu bazardakı əmək haqqı ilə müəyyən olunur. Əgər hansısa sahəyə əmək haqqı aşağıdırsa onda demək həmin sahəyə tələb də aşağıdır. Buna görə bu sahələrdə oxumaq üçün məhdud sayda tələbəni hazırki sistemlə (sadəcə daha az büdcə və daha az qəbul sayı ilə) maliyyələşdirmək lazımdır. Bu zaman məhdud tələbə sayını nazirlik (qərarverən orqan) ehtiyaca görə müəyyən edir. Qaranlıq məqam isə odur ki, bəzi sahələrdə (elm – fizika, kimya və s.) əmək haqqı aşağı olsa da, bu sahələrdə yaranan “positive externality” (iqtisadi səmərə) çoxdur. Problem orasındadır ki, bu sahədə oxumaq üçün müraciət edən tələbələrin sayı daha azdır, və onsuz da həmin sahələri bitirən tələbələr qayıtdıqdan sonra fərqli sahələrdə çalışmağa meyl edirlər. Ona görə də elm məsələsində fundamental problem maaşların aşağı olmasındadır. Bunun birmənalı həlli maaşların qaldırılmasıdır.

3) Düz qeyd etmisən ki, hazırki alternativdə müraciət edənlərin sayı azala bilər, amma bazarda həqiqi ehtiyac duyulan sahələrdə oxumaq üçün müraciət edən tələbələrin sayı artacaq.

4) Pulların bölüşdürülməsi ilə bağlı - güman edirəm ki, alternativ sistemdə həm Almaniyada oxuyacaq tələbələr (daha az gələcək gəlir gözləntisi olan tələbə), həm də top universitetlərdə MBA və ya digər sahə oxuyan tələbələr (gələcək gəlir gözləntisi yüksək olan) sayısı artacaq. Yaddan çıxarmayaq ki, bu gün bir çox tələbənin proqramda iştirak etməməsində əsas səbəblər ixtisas problemi, 5 il baryeri və seçimdir. Alternativ sistemdə nəzərdə tutmaq lazımdır ki, ölkəyə qayıtmayan tələbələr proqramın xərcini 100% qaytarmağa borclu olacaq, lakin xaricdə daha yüksək maaşla qalıb işləməkdə sərbəst olacaqlar.

Məsələyə öz nəzər nöqtəmdə şərh verdim, Nürəddinin və sənin də fikirlərini eşitmək istərdim bunlarla bağlı.Nijathttps://www.blogger.com/profile/03882770331392471164noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-12728253454982431612012-01-22T09:37:54.208+04:002012-01-22T09:37:54.208+04:00Nürəddin qardaş, çox sağol gözəl yazıya görə, mara...Nürəddin qardaş, çox sağol gözəl yazıya görə, maraqla oxudum və fikirlərinin bir çoxunu bölüşürəm. Kredit sisteminin də uzun müddətdə tətbiqinin tərəfdarıyam, amma bu proqrama bir alternativ kimi. Sadəcə mənə elə gəlir ki bizim proqramın 'input'-ları dəqiq deyil və ciddi konstruksiyaya ehtiyac var. Əla davamı gəlsin. Yazdığım şərh çox uzundur, oxuyub bəzi məqamları aydınlatsan minnətdar olaram. Təbii ki bu bir bloq yazısına sığan söhbət deyil.
Ardı gəlsin. Eşq olsun! :)Kanan Karimzadahttps://www.blogger.com/profile/14290395429364145075noreply@blogger.comtag:blogger.com,1999:blog-781399455918776777.post-34626583129021414982012-01-22T09:28:29.836+04:002012-01-22T09:28:29.836+04:00Rüşvət məsələsi ilə bağlı eşitdiyim qədəriylə o qə...Rüşvət məsələsi ilə bağlı eşitdiyim qədəriylə o qədər də asan deyil proqramı keçmək, ötən illərin təcrübəsinə inansaq heç də bütün pul verənlərin qəbulu mümkün olmamışdı. Daha çox qohumluq-tanışlıq-tapşırılma faktorunun ağırlığını qeyd etmək lazımdır məncə. İnstitusional inamın olmamağı əsas problemdir, məsələn TQDK-nın bir qurum olaraq şəffaflığına kasıb kəndçi babadan tutmuş ən yuxarıya qədər hamının inamı var.

Kredit sistemi ilə bağlı ilə də bir neçə fikirlərim var.

Birincisi, Azərbaycan kimi bazarda 'return' çox olduğundan ölkədəki bankların təhsilə kredit verməsi real görünmür-olsada çox yüksək faizə, bu da çox açıq dövlət müdaxiləsi gərəkdirir, qeyd etdiyin kimi vəsaitlərin ayrılması gərək SOFAZ-dan vəya digər mənbədən həyata keçrilsin. Bu kredit proqramının hələ dizayn mərhələsidir, hansı şərtlərlə və hansı banklarla işləməkdən tutmuş n-ə kimi məsələlərə aydınlıq gətirilməsi bizimkilərin bacarmadığı tərəflərdir, bu dəyişiklik uzun çəkər əfəndi, çox uzun. Məsələn, proqramda olan 5 il ölkəyə qayıtmaq şərti çox adamı uzaqlaşdıra bilər-belə ki baha xarici təhsilin pulunu Bakıya qayıdıb bir neçə on ilə çıxarmaq olar ən yaxşı halda (Amerika universitetləri dəlicəsinə bahadır)

İkincisi, müzakirə etdiyin həll yolunun magistrlərə aid etməyin çox məntiqlidir, amma məncə daha dəqiq birşey demək üçün bütün master oxuyanların çox spesifik bir hissəsini aid etmək olar bu kateqoriyaya. Bunun üçün də məzun olduqdan sonra bazardakı vəziyyətə, məzunlara hansı səviyyədə tələb olduğuna, bir sözlə,- 'return'-ə baxmaq lazımdır. Məsələn, social work sahəsində bir amerika universitetində oxuyacaq şəxsin bu pulu qaytara bilməsi üçün nəqədər müddət lazımdır gəl bunu düşünək. 'High-paying' işlər olmayan sahələrdə kredit götürüb oxumaq nisbətən mənasız görünür. Əlbəttə, təhsil kreditinin uzunmüddətli və aşağı faizli olmasını yaddan çıxarmıram, amma yenə də məsələnin bu tərəfi mənə qaranlıqdır.

Üçüncüsü, güman edirəm ki məsələni sadələşdirmək üçün bu misalı istifadə edibsən. Amma nümunə olaraq hər il xaricdə təhsilə olan tələbi 500 nəfər həddində saxlamağın və sonra təhsil haqqının bir hissəsini dövlət istəsə bu sayı azaldacaq deyə qeydin biraz mənə bizim bazara görə şübhəli görünür. Mənim gördüyüm qədəriylə Bakıdakı ingilis dili kurslarının, xaricə tələbə göndərən kursların, əhalinin ortalama gəlirlərinin artması və.s kimi faktorlar xaricdə oxumağı daha da əlçatan edir, nəticədə hər il xaricə getmək istəyənlərin sayı bir xeyli artır-sadəcə olaraq 'eligibility' faktorları çoxları üçün limit xarakteri daşıyır. Mən də bu baxımdan düşünürəm ki kredit sistemimin gəlişi ilə tələbə gələn limit, sadaladığım faktorlar tərəfindən müəyyən mənada 'offset' edilir. Nəticədə, yenə 500 nəfərin tələbi var vəya daha çox adamın. Yəni hesab etmirəm ki geri ödəniş tələb olunsa və kredit sistemi gəlsə, proqrama maraq itəcək. Əksinə, deyərdim ki proqramının 'input'-ları daha yaxşı təyin edilsə, bir çox əlavə müstəqil və digər proqramlarla gedənlərin bura marağı yarana bilər.

Pulların bölüşdürülməsi ilə fikrinə qatılmıram, ən azı ona görə ki bunun üçün proqramın məqsədi dəqiq olmalıdır. Biz nə istəyirik? Daha çox adam getsin xaricdə oxusun, yoxsa daha səviyyəli yerlərdə daha peşəkar təhsil alsınlar? Bu suala cavab verilmədən çox çətindi nəsə demək. Məsələn, onda belə demək olar ki ümumiyyətlə Amerika universitetlərinə və xüsusən MBA təhsilinə tələbə göndərməyək, əvəzində 4-5 tələbəni Almaniyada oxudaq?

Alternativ olaraq mən hesab edirəm ki indiki proqram olduğu kimi qala bilər, sadəcə top20-30 universitet seçilə bilər məsələn ki bu universitetlərin çox yaxşı fakültələrinə daxil olanların təhsili heçbir sualsız maliyyələşdirilsin. Amma yenə də sual o olacaq ki bunu necə müəyyən etmək olar?

Çox heyif ki 'data' yoxdur, birmənalı heç nə deyə bilmirik :))
KənanKanan Karimzadahttps://www.blogger.com/profile/14290395429364145075noreply@blogger.com